Bakının ən uzun avtobusu xəttə buraxılıb - 18 metr

Bakıda marşrut xətlərindən birində 18 metrlik avtobus istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “qafqazinfo”ya açıqlamasında bildirib ki, bu avtobus 1 saylı marşrut xətti üzrə işləyir: “Biz istirahət günlərində və iş günlərində də bu avtobusun iş rejiminə diqqət edəcəyik. Hazırda həmin avtobus test rejimində xəttə buraxılıb. Bu avtobus da digərləri kimi səhər saatlarında xəttə buraxılır və iş saatının sonunda xidmətini bitirir. 18 metrlik avtobus 1 ədəddir və yanvar ayının sonuna kimi xətdə olacaq. Bu ayın sonunda test rejimi başa çatacaq və onun xətdə qalması yaxud yığışdırılması barədə qərar veriləcək”.
Qeyd edək ki, 1 saylı marşrut xətti üzrə avtobuslar 28 May metrostansiya və Koroğlu metrostansiyası arasında hərəkət edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












