Bakının sarı zolaqları geri qayıdır - FOTO

Paytaxtın yollarında xüsusi zolaqlar çəkilir. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Prosesə paytaxtın Yusif Səfərov küçəsindən başlanılıb. Mərkəzdən verilən məlumata görə, zolaqlar müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədilə çəkilir.
Məsələ ilə bağlı xəttlənməni həyata keçirən Azəryolservis ASC"nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli anspres-ə bildirdi ki, bu zolaqlar Bakının 6 ərazisində olacaq. Onlardan bəzilərinin çəkilişi artıq başa çatıb. "Sarı zolaqlarda digər avtomobillərin hərəkəti qadağan olunacaq. Ancaq həmin yola çıxan avtomobillərin cərimələnib-cərimələnməyəcəyi barədə hələlik qərar qəbul edilməyib. Ancaq düşünürəm ki, onlar cərimələnməlidir. Həmin yollardan biri Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, ikincisi Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində, digərləri isə Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissə, Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiq Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək, Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdir".
Azərbaycanda sarı xəttlər ilk dəfə 1-ci Avropa Oyunları zamanı istifadə edilməyə başlanmışdı. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilmişdi. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət həyata keçirilmiş və kənar avtomobillərin bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılmışdı.
Birinci Avropa Oyunları ilə əlaqədar çəkilən "sarı zolaqlar" qadağası iyunun 3-dən etibarən qüvvəyə minib. Oyunlar bitdikdən - 28 iyun bağlanış mərasimindən sonra isə bu qadağanın müddəti daha 10 gün müddətində uzadılmış, daha sonra isə məhdudiyyətlər ləğv edilmişdi.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














