Bakının yolları al qırmızı rəngə boyanacaq - FOTOLAR

Gələn il Bakıda keçiriləcək "Formula - 1” yarışları üçün mərkəzi yollar daha da cazibədar görünəcək. Avtosfer.az xəbər verir ki, paytaxtın mərkəzi yolları xüsusi layihə üzrə düzəldiləcək. Yolların layihəsi German Tilke tərəfindən hazırlanıb. Yeni salınan yolda döşəmələr qırmızı rəngli olacaq. Asfaltın bəzi hissələri isə müəyyən rənglərlə boyanacaq.
Formula 1 yarışın promouter şirkəti Baku City Circuit şirkətindən baku.ws-ə verilən məlumata görə, bu və digər məsələlərlə bağlı hazırlıq işləri barə mətbuata ətraflı məlumatlar veriləcək. "Hazırlıq işlərinə həsr ediləcək media seminarı 4 noyabr tarixində Marriott otelində təşkil edəcək”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhəriçi trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplayan yarışlardan biridir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq





















