Bakının yollarını sarı zolağa salırlar - VİDEO

Avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan sarı zolaqların çəkilməsi yolun enindən asılıdır. Bu cür xüsusi yollar hərəkət zolaqları daha çox olan yollarda çəkiləcək. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, yollarda sarı zolaqların çəkilməsi paytaxtda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı isə deyir ki, bu zolaqların çəkilməsi xüsusilə səhər və axşam saatlarında həyata keçirilir. O həmçinin qeyd edib ki, avtobuslar, təcili yardım maşınları və digər operativ nəqliyyat vasitələri üçün ayrıca hərəkət zolaqlarının olması daha məqsədəuyğundur.
Yola daxil olan digər nəqliyyat vasitələri isə qayda pozuntusuna yol verdikləri üçün cərimə olunacaqlar. Hazırda paytaxtdakı 6 küçədə Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələrində avtobus və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaqlar çəkilib.
Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi paytaxtda 40-dan çox yolda bu cür zolaqların çəkilməsini təklif edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












