Bakıya yeni avtobuslar gətirilir

Bakıda sərnişinlərin hərəkətinin daha asan və rahat olması məqsədi ilə paytaxta yeni avtobusların gətirilməsi nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə "report"un əldə etdiyi məlumata görə, bu məqsədlə paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC yeni avtobusları xidmətə verməyi planlaşdırır. Məlumata görə, şirkətin bu avtobusları əvvəlki modellərdən fərqli olacaq. Yeni ictimai nəqliyyat vasitələri ağ rəngdə və həcminə görə nisbətən kiçik olacaq.
Qeyd edək ki, hazırda Bakıda "BakuBus"ın xidmət göstərdiyi avtobuslar Fransa istehsalıdır. "İveco” markalı avtobuslar “İveco Crealis” və “İveco Urbanway” olmaqla iki modeldən ibarətdir.
Bakıda 2015-ci ildə keçirilən I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “Iveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətirilib. Bununla bağlı Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti ilə "Iveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












