"BakuBus"ın yeni avtobus deposu istifadəyə veriləcək

Yaxın günlərdə Bakıda ictimai nəqliyyatda sərnişindaşınma ilə məşğul olan "BakuBus" MMC-nin yeni avtobus deposu istifadəyə veriləcək.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, "Koroğlu" metrosu yaxınlığında "BakuBus"ın avtobusları üçün yeni qaraj fəaliyyətə başlayacaq. Şirkətin avtobusları sıxılmış təbii qazla - STQ (CNG - Compressed Natural Gas) işlədiyindən depoda “SOCAR-CNG” MMC tərəfindən STQ stansiyasının tikilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, burada inzibati və xidməti binaların da istifadəyə verilməsi planlaşdırılır. "BakuBus"ın ölkəyə tədarük edəcəyi yeni avtobuslar məhz bu depoda yerləşdiriləcəklər.
İlk STQ - qaz doldurma kompressor stansiyası “BakuBus” MMC-yə məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunub. Stansiya STQ mühərriki ilə təchiz olunan şirkətin istifadəsindəki avtobusları yanacaq ilə təmin edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












