Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək

Bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, Xudu Məmmədov küçəsi Vunqtau küçəsinin kəsişməsindən “Həzi Aslanov” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, M2 nömrəli ekspres marşrut “Həzi Aslanov“ metrostansiyası istiqamətində Ukrayna dairəsi-Vunqtau küçəsi-Sadıqcan küçəsi-Xudu Məmmədov küçəsi-Məhəmməd Hadi küçəsi daha sonra öz hərəkət sxemi üzrə M1, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov“ metrostansiyası istiqamətində Ukrayna dairəsi-Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə; 104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov“ metrostansiyası istiqamətində Gəncə prospekti-Vunqtau küçəsi-Ukrayna dairəsi-Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müəyyən edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












