Böyük “TIR" Parkı” tikiləcək

Ələt qəsəbəsində Bakı Limanının ərazisində "TIR" Parkı tikiləcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bildiriblər.
Verilən məlumata görə, "TIR" Parkının tikintisi üçün layihə hazırdır: “Parkın istifadəyə verilməsi ilə "TIR" sürücülərinə göstərilən xidmət yaxşılaşacaq. Bununla da təkcə Liman deyil, həm də ümumilikdə Azərbaycan iqtisadiyatına töhfə veriləcək.
Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq müəyyən müddətdir ki, “pre-booking” sistemi üzərində işləyir”.
Limandan pre-booking-in çox böyük önəmi vurğulanıb və bildirilib ki, sözügedən sistem vasitəsi ilə "TIR" sürücüləri artıq öz ölkələrində onlayn qaydada biletlərini ala biləcəklər:
“Beləliklə də, artıq Bakı Limanında onlar hansı gəmi ilə, saat neçədə gedəcəklərini əvvəlcədən biləcəklər. Bu da göstərilən xidmətin yaxşılaşdırılmasına xidmət edəcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












