Bu avtobuslarda ayaqüstə durmaq olmaz - Yolpulu 1 manat 30 qəpik - FOTOLAR

Bu gün "Baku Bus"ın daha bir avtobusu sərnişinlərin xidmətinə verilib. Əməkdaşlarımız da hava limanı-28 May metrosu xətti üzrə istifadəyə verilən Neoplan avtobuslarının ilk sərnişinləri olub. Bu xətt üzrə hazırda 5 avtobus fəaliyyət göstərəcək və gediş haqqı 1 manat 30 qəpikdir. Xüsusi komfortla hazırlanmış alman avtobuslarında mini mətbəx, soyuducu Wi-Fi və ayaqyolu kimi xidmətlər təqdim olunub. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Ayaqüstə sərnişin daşımayan avtobusların tutumu 48 nəfərdir. Yol boyu sərnişinlərə xüsusi 60-70-ci ilin Azərbaycan bəstəkarlarının mahnıları təqdim olunur. Neoplan avtobusları 24 saat fəaliyyət göstərəcək. Həm hava limanından, həm də 28 May metro-stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub və 30 dəqiqə ərzində mənzil başına rahatlıqla çata biləcəksiniz.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, sözügedən avtobuslar yolda hər hansı bir dayanacaqda saxlamayacaq. Onlar yalnız 28 May və hava limanında avtobuslara minə bilər. Gediş haqqı digər avtobuslarda olduğu kimi Bakıkartla ödənir.
Qafqazinfo
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















