Bu halda dayanma-durmaya görə təkrar cərimə YAZILMAYACAQ

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Müzakirə zamanı məcəllənin 346-cı maddəsində edilmiş dəyişikliyə düzəliş olunub. Avtosfer.az xəbər verir ki, təklif olunan dəyişiklikdə qeyd olunmuşdu ki, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar məsuliyyətə cəlb edilə bilməz.
Edilən bu təklif konkret olaraq dayanma-durmaya görə sürücünün gün ərzində bir dəfə məsuliyyətə cəlb edilməsini ehtiva edirdi. Lakin Milli Məclisin keçirilən bu günkü plenar iclasında həmin hissəyə düzəliş edildi. “Şəxs bu Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz." Sürücü avtomobilini dayanma-durma qadağan olan yerdə park edib gedirsə, deməli inzibati xəta hadisəsi davam etmiş sayılır. Buna görə də sürücü avtomobilini oradan götürənə kimi gün ərzində iki dəfə cərimə edilə bilməz.
Təbriz
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












