Bu küçədə elektromobillər üçün sürətli aparat quraşdırılır, amma... - FOTO

Paytaxtın Nizami küçəsində, Landmark oteli ilə üzbəüz, səki qırağında 120 kvt gücündə iki enerji yükləmə stansiyası quraşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. Belə ki, bu sürətli yükləmə apparatları ilə əksər elektromobilləri 30-40 dəqiqəyə tam enerji yükləmək mümkündür.
Qeyd edək ki, hazırda həmin ərazidə ödənişli parklanma zonası fəaliyyət göstərir.
Amma problem budur ki, elektrikli avtomobillər üçün nəzərdə tutulmuş ərazidə başqa maşınlar park edə bilər.
Çünki mövcud qanunvericilikdə hələ də elektrik avtomobilləri üçün parklanma yerini bildirən nişan və onun tələbinin pozulması təqdirdə cərimə sanksiyaları yoxdur.
Xatırladaq ki, dünyada bunun nümunələri çoxdur. Texniki olaraq bu məsələni əlavə lövhə ilə də həll etmək olar, amma o lövhə yol hərəkəti haqqında qanunda mövcud deyil.
Könül
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO















