Bu marşrutun əvvəlki yolu bərpa edildi - Sərnişinlərin diqqətinə

Bakıda hərəkət yolu qısaldılmış marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa edilib. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, bu addım sakinlərin çoxsaylı xahiş və müraciəti nəzərə alınaraq atılıb. Belə ki, oktyabrın 19-da “Baku Bus” MMC-nin yeni xətlərinin istifadəyə verilməsi ilə əlaqədar, 79 saylı marşrut avtobusunun hərəkət istiqaməti Rəsulzadə qəsəbəsindən 20 yanvar m/s-na kimi qısaldılmışdı. “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili” MMC sakinlərin çoxsaylı müraciət və xahişini nəzərə alaraq, “Baku Bus” avtobuslarının həmin istiqamətdə hərəkəti saxlanılmaqla, 79 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqamətini bərpa edib.
Bu gündən etibarən 79 saylı marşrut avtobusu əvvəlki xətti üzrə M.Rəsulzadə qəs. – Azadlıq pr. – M.Davudoğlu küç. – 6 Mkr – “Nəsimi” m.st. – S.Məmmədova küç. – İ.Cümşüdov küç. – Cavadxan küç. – “Memar Əcəmi” m/st. – 3 mkr. dairəsi – S.Pişəvəri küç. – Tbilisi pr. – “20 yanvar” m.st. – Tbilisi pr. – C.Cabbarlı küç. – “Nizami” m/st. – Ş.Qurbanov küç. – Füzuli meydanı – Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – Füzuli küç. ilə fəaliyyət göstərir.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












