Bu marşrut xəttinə iritutumlu avtobuslar verilib - FOTO

Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.
BNA-dan Avtosfer.az-a daxil olan məlumata görə, köhnə istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələriylə əvəz edilir.
Bu çərçivədə “Koroğlu”NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xəttiylə bağlı da dəyişiklik edilib. Fevralın 1-dən bu xətt üzrə sərnişindaşımaları “Azland-Plaza MMC”-yə həvalə edilib. Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb ediləcək.
Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq.
Məlumat üçün bildiririk ki, 217 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları əsasən köhnə, texniki baxımdan sərnişindaşıma tələblərinə cavab verməyən kiçiktutumlu avtobuslarla icra edilib. Ötən müddətdə xidmət səviyyəsinin aşağı olması ilə bağlı sərnişinlərdən çoxsaylı müraciətlər daxil olub. Dəfələrlə daşıyıcı “6-Dost” MMC-yə yazılı və şifahi xəbərdarlıq edilsə də bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Bu səbəbdən də onunla xəttin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam verilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













