Bu maşınlara yeni nömrələrin verilməsi qaydası qüvvəyə mindi

Noyabr ayından Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin avtomobillərinə yeni dövlət qeydiyyatı nişanlarının verilməsi qaydası qüvvəyə minib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi “Yol-patrul xidməti haqqında” Təlimatda etdiyi dəyişiklikdə əksini tapıb.
Xatırladaq ki, Nazirlər Kabineti 20 avqust 2015-ci il tarixli qərarı ilə “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib. Qərara əsasən, diplomatik nümayəndəlik və konsulluqlarına, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinin qeydiyyata alınması proseduru dəyişdirilib. Əvvəllər xarici ölkələrin diplomatik və səfirlik nümayəndəlikləri və onların əməkdaşlarının, beynəlxalq təşkilatlar və onların əməkdaşlarının nəqliyyat vasitələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik korpusunun xidmət orqanları, yaxud xarici vətəndaşları qəbul edən nazirlik və baş idarələrin vasitəçiliyi ilə və ya əcnəbinin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında vəsiqə əsasında qeydiyyata (təkrar qeydiyyata) alınıb və digər qeydiyyat hərəkətləri aparılıb. Diplomatik nümayəndəliklərin başçılarının xidməti və şəxsi nəqliyyat vasitələrinə “SFR” seriyası, xarici diplomatik (səfirliklər, ticarət nümayəndəlikləri, hərbi attaşe, iqtisadi əlaqələr üzrə məsləhətçilər aparatı, həmçinin diplomatik və konsul nümayəndəliklərinin tərkib hissəsi olan digər bölmələr), yaxud konsul nümayəndəlikləri, səfir ranqına bərabər sayılan digər beynəlxalq təşkilatlar, həmçinin bu nümayəndəliklərin diplomatik səviyyəli (ranqlı) təşkilatlarının əməkdaşlarının və onların ailə üzvlərinin nəqliyyat vasitələrinə “D” seriyası və diplomatik, konsul nümayəndəlikləri və beynəlxalq təşkilatların xahişinə görə nəqliyyat vasitələrinə "T" seriyası ilə dövlət qeydiyyat nişanları verilib. Eyni zamanda diplomatik və konsul nümayəndəliklərinin, digər beynəlxalq təşkilatların inzibati-texniki və xidmət personalının, onların əməkdaşlarının ailə üzvlərinin nəqliyyat vasitələrinə “T” seriyası ilə dövlət qeydiyyat nişanları verilib. Dəyişikliyə əsasən diplomatik nümayəndəliklərin başçılarının xidməti və şəxsi nəqliyyat vasitələrinə “SFR” seriyası verilməsi barədə müddəa Əsasnamədən çıxarılıb. Artıq xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət edəcəklər. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə isə yenə də “T” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək. Fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.
Daxili İşlər Nazirliyinin “Yol-patrul xidməti haqqında” Təlimatda etdiyi dəyişikliyə əsasən diplomatik nümayəndəlik və konsulluqlara, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlara, habelə onların diplomatik personalı və bu personalın ailə üzvlərinə məxsus nəqliyyat vasitələrinə yeni dövlət qeydiyyat nişanları verilməsi barədə dəyişiklik noyabrın 4-dən qüvvədədir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












