Çində “ağıllı” raket orbitə buraxıldı
Çinin One Space Technology özəl şirkəti özünün hazırladığı “ağıllı” OS-X6B raket daşıyıcının buraxılışını uğurla həyata keçirib.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, Chongqing Liangjiang Star adı ilə populyarlaşan raketin uzunluğu 9,4 metrdir. Onun komponentləri 3D çap texnologiyasının köməyi ilə hazırlanır. Maksimum orbit hündürlüyü 300 kilometrə qədərdir.
Son texnologiyalar əsasında konstruksiya edilən raketin uçuşuna nəzarət xüsusi planşet qurğu ilə həyata keçirilir. Bütün proses kompüterləşdirilib.
Raket məsafədən idarə olunur, lakin mühərrikdə nasazlıq yaranarsa, avtonom rejimdə də fəaliyyət göstərə bilir.
Yeni texnologiyalar sayəsində şirkətin əməkdaşları OS-X6B raketinin uçuş trayektoriyasını və olduğu yeri real zamanda izləyirlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












