Daha bir ərazidə yaşayış və qeyri-yaşayış sahələri sökülür – FOTO + VİDEO

Bakı şəhərinin Yasamal rayonunda iki küçənin yenidən qurulması işlərinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən verilən məlumata görə, bu, Balababa Məcidov və Abdulla Şaiq küçələridir. B.Məcidov küçəsinin yenidən qurulan ərazisi Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov prospekti arasında yerləşən təqribən 560 metrlik hissəsidir, A.Şaiq küçəsinin isə təmir-tikinti işlərinin aparıldığı ərazisi B.Məcidov və Mirzə Ağa Əliyev küçələri arasında yerləşən təqribən 635 metrlik hissəsidir.
Hər iki küçədə mövcud olan təqribən 8-9 metrlik yolun eni genişləndirilərək 15 metrə çatdırılması planlaşdırılır. Bu səbəbdən yolun hərəkət hissəsinə düşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi işləri aparılır. Bununla paralel olaraq köhnə asfalt-beton örtüyü də qaşınaraq ərazidən daşınır.
Sözügedən küçələrin yenidən qurulması işləri çərçivəsində 1-1,5 metr dərinlikdə yeni yol yatağı salınacaq, yeni yağış-kanalizasiya sistemi tikiləcək, hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri və yeni işıqlandırma sistemləri qurulacaq, səkilərin kənarlarına təqribən 2 500 paqon-metr səki daşı düzüləcək. Ümumilikdə, B.Məcidov və A.Şaiq küçələrinin təqribən 18 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq























