Daha bir müntəzəm marşrut xətti “BakuBus”a verildi

Dövlət başçısının tapşırığına əsasən, qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə fevralın 5-dən 32 nömrəli müntəzəm marşrut xətti (“28 May” metrostansiyası-“8-ci kilometr” ərazisi) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək.
Bu barədə Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, dəyişiklik sayəsində 32 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.
Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 32 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu:
"Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Fidan”-MMC-yə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da, hər hansı bir tədbir görülməyib. Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 32 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












