Bu cür etibarnaməni notariusa getmədən vermək mümkün olacaq - YENİLİK

Azərbaycanda mobil notariat tətbiqinə yeni xidmət əlavə edilib. Artıq bu gündən tətbiq vasitəsilə banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb.
Bu barədə bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov məlumat verib.
O bildirib ki, ilkin mərhələdə mobil notariat tətbiqnə vətəndaşlarda inam az oldu:
“İlkin günlərdə inam az olduğu üçün tətbiqdən istifadə az olub. Lakin, getdikcə mobil notariat tətbiqindən istifadə artdı. Xüsusilə də pandemiya dövründə bu daha çox özünü göstərdi. İlk olaraq tətbiq vasitəsilə avtomobillərə, vəkillərə, pulsuz və güzəştli dərman yardımı almaq hüququ olan şəxslərə etibarnamələrin verilməsi və s. xidmətlərlə başlanıldı.
Bu gün mobil notariat tətbiqi istifadəçilərinin sayı 100 mini ötür. Dövlət qurumları tərəfindən tətbiq edilən mobil tətbiqlər arasında ilk üçlükdə yer alır. Vətəndaşlarda bu sistemə maraq günbəgün artır”.
Azərbaycanda mobil notariat tətbiqilə banklarda istifadə üçün etibarnamələrin verilməsinə də başlanılıb:
“Artıq tətbiqin yeni versiyası istifadəyə verilir. Bu gündən banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb. Vətəndaş olduğu yeri tərk etmədən mobil notariat tətbiqi üzərindən videoyazı vasitəsilə istədiyi şəxsə bankda təmsil olunması üçün etibarnamə verəcək. Tətbiq fasiləsiz işləyir, bayram və istirahət günləri də daxil olmaqla sutka ərzində fasiləsiz fəaliyyət göstərir”, - deyə o, qeyd edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












