Daha bir yolda səth suları problemi aradan qaldırılıb - FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır. Bu işlər çərçivəsində avtomobil yollarının kənarında səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemlərinin qurulması davam etdirilir. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, aparılan kompleks tədbirlər çərçivəsində Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun 1-ci kilometrliyində yerləşən nasosxanada 3 ədəd “Grundfos” markalı yeni nasos quraşdırılıb. Məqsəd sözügedən ərazilərdən gələn yağış və yeraltı qrunt sularının “Suraxanı su kanalı”na vurularaq, uzaqlaşdırmaqdır.
Nasosxananın 300 kubmetr yağış sularının toplanması üçün su anbarı mövcuddur. Bura yığılan sular bundan öncə yaxınlıqda yerləşən su anbarına vurulsa da, anbar kiçik olduğundan ərazidə müəyyən problemlər yaranırdı. Belə ki, vurulan qrunt və yağış suları anbardan aşaraq əraziyə yayılırdı.
Problemin köklü şəkildə aradan qaldırılması üçün “Azəryolservis” ASC tərəfindən nasosxanadan “Suraxanı Su kanalı”na yeni 3200 metr uzunluğunda və 400 millimetr diametrlik borular çəkilib. Bununla da ərazidə yaranan problemlər tam olaraq aradan qaldırılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















