Daha bir yolun yenidənqurulmasına başlanılır

Yaxın günlərdə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidənqurulması layihəsinin birinci hissəsinin tikintisi işlərinə start veriləcək. Söhbət yolun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan 16,480 kilometrlik hissəsindən gedir. II dərəcəli avtomobil yolunun ümumi eni 15 metr olmaqla iki hərəkət zolağından ibarətdir. Layihəyə əsasən hər bir hərəkət zolağının eni 3,75 metrdir. Yolun kənarlarında 0,75 metr asfalt örtüklü və 3,0 metr ikiqat bituma hopdurulmuş əsasın alt layı materialından olmaqla çiyinlərin eni 3,75 metr olması nəzərdə tutulub. Yol geyiminin qalınlığı 72 santimetr olacaq. Bura 30 sm əsasın alt layı, 15 sm asasın qırmadaş layı, 14 sm örtüyün üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Yol üzərində yerləşən bir körpü sökülərək yerində yenisi inşa ediləcək. Kürəkçay üzərindəki körpü 1 aşırımlı və 18 metr uzunluğunda olacaq.
Yenidənqurma işləri çərçivəsində Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan hissəsində 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı su keçidinin tikintisi də aparılacaq.
Qeyd edək ki,uzunluğu 154 kilometr olan Mingəşevir-Bəhrəmtəpə avtomobil yolunun yenidənqurulması layihəsi üç hissədən ibarətdir və digər iki hissənin tikintisi ilə bağlı tender hələlik elan edilməyib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












