Dayanacaqlardakı monitorlarda yenilik olacaq

Qısa zamanda dayanacaqlardakı məlumat monitorlarında “BakuBus” MMC-nin avtobus marşrutlarının xətti və hərəkət qrafiki ilə bağlı məlumatlar öz əksini tapacaq. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə bununla bağlı görülən işlər demək olar ki, yekunlaşıb. Avtobuslara izləmə cihazları quraşdırılıb, izləmə qurğularının dayanacaqlardakı məlumat monitorlarına inteqrasiyası başa çatıb. Ş.Mehmanqızı bildirib ki, hal-hazırda avtobuslar və marşrut xətləri barədə məlumatlar monitorlara köçürülür və monitorlar sınaqdan keçirilir. Çox qısa zamanda “BakuBus” MMC-nin avtobusları da daxil olmaqla Bakıda fəaliyyət göstərən bütün avtobusların fəaliyyəti yeniliklərlə dayanacaqlardakı monitorlarda öz əksini tapacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












