Dəmiryollarında daha bir yenilik- FOTO

Azərbaycanın dəmiryollarında daha bir yenilik. Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunmasını prosesi həyata keçirilir.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, uzunölçülü relslərin qaynaqlanması prosesini “Azərbaycan Dəmir Yolları” Qapalı səhmdar Cəmiyyətinin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarı kollektivi həyata keçirir.
Müəssisənin bazasının gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. 800 metrlik uzunölçülü relslərin (pletlərin) hazırlanması prosesininə 22 fevral 2012-ci ildə start verilmiş, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılmış, 30 yanvar 2013-cü ildə istismara verilib.
Bakı-Tiflis-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisini vg uzunölçülü relslərlə əvəzlənməsini Azərbaycan təşkilatları həyata keçirir. Ona görə də 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının bazasını daha da genişləndirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq gətirilib. istismara verilib.
Polad magistral boyu rahat və təhlükəsiz hərəkətin təmin olunmasında uzunölçülü relslərin tətbiq olunmasının böyük əhəmiyyəti var. Belə olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır, relslərin ömrü uzanır. Ən əsası isə qatarların hərəkət sürətinin artırılması üçün ən mühüm amillərdən biri məhz əsaslı təmir olunmuş yolların uzunölçülü relslərlə əvəzlənməsidir.
Qeyd edək ki, 24 saylı Salyan Rels-Qaynaqlama Qatarı 1961-ci ildə yaradılıb və uzunölçülü relslərin hazırlanması təmayüllüdür. Uzun illər Zaqafqaziya dəmir yolu üçün strateji əhəmiyyət daşıyıb. İndi müstəqil Azərbaycanın dəmir yolu nəqliyyatı üçün bu şərəfli missiyanı həyata keçirir.
800 metrlik uzunölçülü relslərin hazırlanması prosesininə start veriləndən (22 fevral 2012-ci ildən) bu günə kimi 532 km rels qaynaq edilmiş, bunun 394,7 km-i Azərbaycan dəmir yolunda, 137,3 km-i (bunun 78,6 km-i KSM-005 markalı səyyar qaynaq texnikası ilə həyata keçirilmişdir) isə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisində istifadə olunmuşdur.
2015-ci ilin oktyabar ayından Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilmişdir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq. Artıq 28, 4 km əsaslı təmir olunub. Bu yolların da 800 metrlik uzunölçülü relslərlə əvəzlənməsi prosesi həyata keçirilir.



Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu atrixdə başlayacaq - RƏSMİ
Bakıda saatda 50 kilometr limiti: YENİLİKDİRMİ?










