Dəmiryolundan istifadə edənləri yeniliklər gözləyir - VİDEO

Bakı sərnişin dəmiryolu vağzalının binası gələn ilin ortalarında istifadəyə veriləcək. Burda dəmiryolunun xidmətindən istifadə edənləri bir sıra yeniliklər gözləyir.
Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, Bakı sərnişin dəmiryolu vağzalında əsaslı təmir işləri davam edir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulur.
Binanın daxilində isə arakəsmələr sökülərək tam yenidən qurulur. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, təmirdən sonra vağzalda bir sıra yeniliklər də olacaq: “Həm beynəlxalq, həm də ölkə ərazisinə gələn qatarlar üçün iki tunel var. Eyni zamanda Bakı-Sumqayıt istiqamətində də hərəkət edən elektrik qatarı üçün daha iki tunel. Hazırda tunellərdə işlər davam edir. Beləliklə sərnişinlər bu tunellərdən istifadə etməklə “28 May” metrostansiyasına çıxaraq yollarına davam edəcəklər”.
Bundan başqa vağzalda sərnişinlərin istirahəti də nəzərə alınıb. Təmirdən sonra burada bir sıra kafe və restoranlar fəaliyyət göstərəcək. Yuxarı mərtəbələrdə isə əvvəl olduğu kimi mehmanxana yerləşəcək. Xidmət rəhbəri bildirir ki, bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, həmçinin eskalatorlar və liftlər yenisilə əvəzlənəcək, sərnişinlər “Wi-Fi” sistemindən istifadə edə biləcəklər. Əsaslı təmir işlərinin 2016-ci ilin ikinci yarısında başa çatması nəzərdə tutulur. XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib. 1977-ci ildə Bakı sərnişin stansiyasında 10 min sərnişinlik yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü olub.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










