Ərəblərdən sonra Çin də Marsın orbitinə daxil oldu

Çinin aerokosmik elmlər və texnikalar üzrə korporasiyası keçən ilin yayında Mars səthinin incələnməsi üçün qırmızı planetə xüsusi aparat göndərmişdi.
"Technote" xəbər verir ki, eniş platformasında yerləşən Mars aparatı və orbital uçuş aparatı "Long March-5B" raketi sayəsində artıq Mars planetinə çatıb.
Yeddi aylıq uçuşdan sonra kosmik aparat Mars planetinin orbitinə yaxınlaşıb.
240 kq ağırlığında olan Mars aparatının eniş prosesinin may ayında baş tutacağı gözlənilir. Növbəti mərhələdə isə 90 Mars sutkası ərzində 5 ton ağırlığında olan orbital uçuş aparatı vasitəsilə Yer kürəsinə müşahidə məlumatları göndəriləcək.
Müşahidə çərçivəsində Mars kartoqrafiyası, planetin iqlimi, elektromaqnit və qravitasiya sahələri barəsində məlumatların Yer kürəsinə göndərilməsi planlaşdırılır.
Eniş modulunun planet səthinə endirilməsi missiyanın ən qəliz prosesi olacaq. Bu mərhələdə təhlükəsizlik kapsulu Mars aparatının yerləşdiyi platformanı planetin səthinə çatdırmalı olacaq.
Atmosferə daxil olma zamanı kapsul 1000 dərəcədən yuxarı temperaturda qızacaq.
Qeyd edək ki, 1 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin də orbital uçuş aparatı Mars orbitinə yaxınlaşmışdı. Beləliklə Çin, təchizatı Marsa çatmış 6-cı ölkə hesab olunacaq./lent.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












