Gələn il bütün avtobuslarda WiFi olacaq

Bu gün "BakuBus" saytının təqdimatı keçirilib. Avtosfer.az xəbər verir ki, təqdimatda bildirilib ki, sayt tam fərqli formada yığılıb: "Saytın istifadəçiləri həm də iştirakçıya çevriləcəklər. Siz saytda dayanacaqlar, marşrut xətti üzrə hərəkət edən avtobusların yeri və çatma vaxtı göstəriləcək. Biz intervalı 3 dəqiqə nəzərdə tutmuşuq, amma yol təmiri və ya tıxac səbəbindən bir neçə dəqiqə gecikmə olarsa, sərnişin bunu da öyrənə biləcək.
Əgər sürücü hər hansı qayda pozuntusu etsə, sayta daxil olub avtobusun nömrəsini qeyd edərək həmin sürücü haqda məlumatı ala biləcək və ora öz iradını yazacaq. Əgər avtobusun sürücünün adını və avtobusun nömrəsini bilməsə də, saytda daxil olaraq GPS izləmə vasitəsilə həmin vaxt o dayanacaqda olan avtobus haqda məlumatı əldə edə biləcək.
Saytın ön səhifəsi Bakının xəritəsi üzərində yığılıb. Məzmun ön planda deyil. Xəritədə göstərilən avtobus işarəsinin üzərinə tıkladıqda həmi avtobusun nömrəsi və dayanacağa nə vaxt çatacağı da qeyd olunur. 302 avtobusumuz var, 14 marşrut üzrə hər birində təxminən 30-a yaxın avtobus istifadəyə verilib. Dekabrın 31-də avtobuslarımız gecə saat 2-yə kimi, ehtiyac olarsa saat 3-ə kimi işləyəcək". Saytın məlumat bölməsində jurnalistlər və ictimaiyyət üçün yeniliklər qeyd olunacaq. Avtobusların daxilinə 360 dərəcə 3D səyahət imkanı da var.
Bəzən işçiyə vəzifəsindən azad olunması öncə xəbərdarlıq olunur, bizdə isə insan həyatından söhbət getdiyi üçün xəbərdarlıq olunmadan işdən çıxarılır. Buna görə də Vakansiya bölməsində mütəmadi elan yerləşdiriləcək. Tezlikdə NIIM-in saytında da "BakuBus"ın avtobuslarını izləyə biləcəksiniz. 2016-cı ildən bütün avtobuslarımızda wifi quraşdırılacaq. Gələn ildən mütəmadi olaraq yeni marşrut xətləri üzrə avtobuslar istifadəyə veriləcək.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










