Gömrük Komitəsi də «ASAN xidmət»ə keçir - NƏHAYƏT

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədriAydın Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimovla görüşüb. DGK Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tərəflər "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra komitə ilə yanaşı, "ASAN xidmət" mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub. Bundan başqa, tərəflər gələcəkdə "ASAN xidmət" mərkəzlərində DGK-nin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













