Google axtarış sistemində YENİLİK

Google Search servisinin yeni funksiyası sorğu üzrə axtarılan mövzu barəsində daha dolğun məlumat təqdim edəcək. Axtarış sisteminin baş səhifəsində adi linklərin yerinə axtarılan mövzu barəsində materiallar xronoloji qaydada təqdim olunmaqla yanaşı müxtəlif mənbələrin fikirlərini də əhatə edəcəklər. Google şirkətinin axtarış sisteminin süni zəka alqoritmi insanları, məkanları və obyektləri baxış tarixçəsi ilə əlaqələndirə bilir. Bununla belə axtarış sisteminin yeni mühərriki məqalələri hadisələrin gedişatına uyğun olaraq süjet xətlərinə birləşdirir. Axtarış üçün məlumatın qeyd edilməsindən sonra nəticələr səhifəsinin aşağı hissəsində əsas axtarış nəticələri ilə birlikdə More News düyməsi olacaq.
Həmin düyməyə klikləyəndən sonra istifadəçi axtarılan mövzu barəsində müxtəlif nöqteyi nəzərləri əhatə edən məlumatları əldə edəcək. Google bildirib ki, yenilənmədən sonra sistem Google News-dan fərqli olaraq daha geniş və sistemləşdirilmiş axtarış nəticələrini təqdim edir. Belə ki, yeni sistem aktual olan mövzunu uzun müddət əhatə edən məlumatları təqdim edə bilir. Sistem tərəfindən təklif olunan məlumatlar heç cür personallaşdırılmayıb və konkret istifadəçiləri əhatə etmir. Hamı eyni məlumat xəttini görür. Mobil cihazlar vasitəsilə yeni geniş axtarış sistemi artıq ABŞ-da aktivdir və yaxın aylarda bütün dillərdə digər ölkələrin istifadəçiləri üçün də aktiv olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












