“Google Meet” videokonfranslar xidmətindən pulsuz istifadə iyunun 30-dək uzadılıb

Ötən il “Google” şirkəti bütün istifadəçilər üçün “Meet” videokonfranslar xidmətinə pulsuz və limitsiz giriş imkanı yaratmışdı. Əvvəlcə şirkət 2020-ci ilin payızında xidmətdən istifadənin standart şərtlərini tətbiq etməyi planlaşdırırdı. Lakin “Meet” xidmətindən pulsuz istifadə 31 mart 2021-ci il tarixinədək uzadıldı, indi isə bu müddətin 30 iyunadək davam edəcəyi məlum olub.
İnternet nəhəngi koronavirus pandemiyasının artması fonunda “Gmail” hesabı olan bütün istifadəçilərin “Meet” xidmətindən pulsuz istifadəsi ilə bağlı qərar qəbul etmişdi. Bu zaman dünyada bir çox insanlar distant rejimdə işləmək və oxumaq məcburiyyətində idilər, yaxın insanlarla şəxsi əlaqələr isə məhdud idi. Bu səbəbdən iş proseslərinin qurulmasına, təhsil almağa və ya sadəcə, ünsiyyət saxlamağa imkan verən videokonfrans xidmətlərinə böyük zərurət yarandı. “Google” şirkəti “Meet” videokonfranslar xidmətində zənglər üçün 60 dəqiqəlik məhdudiyyəti aradan qaldırmaqla öz xidmətini xeyli populyarlaşdırmağa nail oldu./“ICTnews”
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












