Gürcüstana gedənlərin işi asanlaşdı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Bakı-Tbilisi- Bakı marşrutu üzrə hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə Gürcüstan istiqamətində hərəkət edəcək qatarlara ümumilikdə 20 vaqon qoşulması planlaşdırılır. Bu il ötən ilə nisbətən tələbat azlığı olduğu üçün turist qatarları xəttə buraxılmayacaq. N.Əzməmmədov əlavə vaqonların dekabrın 29-30-da hərəkət edəcək qatarlara qoşulacağını bildirib: “Sərnişin sıxlığı dekabr ayının 29 və 30 tarixlərində olacağı müşahidə edilib. Bu səbəbdən əlavə vaqonlar bu iki gün ərzində qatarlara qoşulacaq. Lakin növbəti günlərdə də sıxlıq müşahidə olunarsa o zaman xəttə yenidən əlavə vaqonlar buraxılacaq”, – deyə N.Əzməmmədov vurğulayıb.
Qurum rəsmisi onu da əlavə etdi ki, artıq bayramla əlaqədar sərnişinlərə xəbərdarlıq da edilib. Sərnişin daşımaları departamentin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. "Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək".
anspress
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO













