İcbari sığorta elektronlaşdırılır

Azərbaycanın sığorta sistemində nağdsız dövriyyənin həcminin artırılması istiqamətində ciddi addımlar atılır. “İcbari sığortalar haqqında” qanuna ediləcək dəyişiklikdən sonra nağdsız ödənişlər stimullaşdırılacaq. Avtosfer.az-ın ıctnews.az-a istinadən məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin iclasında Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin (DSN) rəisi Namiq Xəlilov məlumat verib. Onun sözlərinə görə, elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola bilər. Eyni zamanda, bu, sığorta haqlarının azalmasına imkan verəcək. “Ona görə də hesab edirəm ki, sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər. Təkliflərdən biri də ondan ibarətdir ki, sığorta haqları birbaşa sığortaçının bank hesabına yönəldilsin. Bütün bunlar sığorta bazarında nağdsız ödənişlərin həcmini artıracaq və beləliklə də ödəniş sistemlərinin təkmilləşdirilməsi baş verəcək. Hazırda isə sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı kifayət qədər yüksəkdir”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












