İstifadəçilər Siri-nin səsini kişi səsi ilə əvəzləyə biləcək

Apple şirkəti Siri səsli köməkçisindəki standart qadın səsini yığışdıb. Bundan sonra istifadəçilər öz cihazlarının ayarlanması zamanı Siri üçün uyğun səsi özləri seçə biləcəklər.
Bu yenilik hələ ki, iOS 14.5 əməliyyat sisteminin beta versiyasında aktivdir. Bu barədə Techcrunch saytı xəbər verib. BMT-nin tədqiqatlarına əsasən səsli köməkçilərdə istifadə olunan qadın səsləri zərərli gender stereotiplərinin mövqelərini bərkidir.
Şirkət ilk dəfə olaraq cihazın işə salınmasından sonra Siri-nin hansı səsə sahib olacağını seçmək imkanını verir. Hal hazırda bir çox ölkələrdə Siri qadın səsi ilə təqdim olunur. Lakin istifadəçilər ayarlar vasitəsilə bunu dəyişə bilərlər. Bəzi dillərdə Siri standart olaraq kişi səsi ilə təqdim olunur. Apple həmçinin ingilis istifadəçiləri üçün Siri-yə 2 yeni səs əlavə edib və yaxın zamanda Rusiya, İrlandiya və İtaliya istifadəçiləri üçün Siri-nin səsini yeniləyəcək. Məlumatda həmçinin qeyd edilib ki, Siri ay ərzində 500 milyon cihazda 25 milyard sorğunu emal edir və o, 36 ölkədə 21 dili dəstəkləyir.///technote
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












