İran və Azərbaycan arasında yeni körpünün təməli qoyulacaq - Səfir

Novruz bayramına qədər bu körpünün təməlinin qoyulması və inşasına başlanılması nəzərdə tutulur.
Bunu müsahibəsində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında Astaraçay üzərində hazırda istifadədə olan körpü 2-ci dünya müharibəsi zamanı inşa olunub. Bununla belə bu körpü ilə böyük ölçüdə məhsullar daşınmaqdadır. Son aylarda İranın məhsul ixracı və tranziti artdığına görə, bu körpüdən maksimum şəkildə istifadə olunur. Hazırda gündəlik təxminən 200-300 yük maşını bu körpüdən keçir:
"İki ölkə arasında önəmli proyektlərdən biri Astaraçay üzərində yeni avtomobil körpüsünün inşa edilməsidir. Həm vətəndaşlar, həm avtomobil, həm də yük maşınları bu körpüdən istifadə edə biləcək. Müqavilənin tez bir zamanda yekunlaşması ilə Novruz bayramına qədər bu körpünün təməlinin qoyulması və inşasına başlanılması nəzərdə tutulur. Körpü iki ölkə tərəfindən birgə şəkildə inşa olunacaq və ilkin hesablamalara əsasən, təxminən 4-5 milyon dollar dəyərində vəsait xərclənəcək. Bu kiçik körpü Şimal-Cənub Dəhlizində böyük rola sahib olacaq. Azərbaycan beynəlxalq yükdaşımalarda, xüsusilə də Şimal-Cənub Dəhlizində strateji və önəmli mərkəzdir".
© Trend
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












