İrandan gələn yük maşınları ilə bağlı GÖMRÜKDƏ YENİLİK

İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bunu İranın Gömrük Administrasiyasının beynəlxalq əməkdaşlıqlar idarəsinin baş direktoru Hüseyn Kaxəki deyib. Onun sözlərinə görə, bununla əlaqədar Tehranda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında razılaşma əldə olunub.
Kaxəki əlavə edib ki, bundan öncə koronavirus pandemiyası ilə əlaqədar məhsullar gömrükdə İranın yük maşınlarından boşaldılaraq Azərbaycanın yük maşınlarına yüklənirdi. Bu isə Astara gömrüyündə sıxlığın yaranması və yük maşınlarının ləngiməsi ilə nəticələnirdi.
Qeyd edək ki, 18 yanvarda İran paytaxtı Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib. İclasda bir sıra sahələr üzrə əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə sənəd imzalanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












