Jeep şirkəti Cherokee adından imtina edə bilər

Jeep markasının daxil olduğu Stellantis konserninin rəhbəri, hinduların artan narazılığı səbəbindən amerikan markasının Cherokee adından imtina edə biləcəyini söyləyib. Qəbilələrdən birinin lideri, model adlarında Cherokee sözünün istifadəsinin tamamilə qadağan olunmasını israrla davam edir.
Fevral ayının sonlarında ABŞ federal hökuməti tərəfindən tanınan üç ən böyük çeroki qəbiləsindən biri olan Cherokee Nation qəbiləsinin hazırkı başçısı, Cherokee adının avtomobillərdə istifadə edilməsinin “xalqına hörmətsizlik olduğunu” söyləyib. Çak Hoskin-cuniorun fikrincə, hörmətin ən yaxşı nümayişi onların tarixinin, mədəniyyətinin və dilinin öyrənilməsi olardı. Ancaq Jeep şirkəti bununla razılaşmayıb. Marka rəhbərliyi öz ismarıcında açıq dialoqa çağırıb və modellərin adlarının “diqqətlə seçildiyini” və əksinə “Amerikanın yerli sakinlərini təriflədiyini” bildirib.
İndi isə, danışıqlar heç bir nəticə vermədiyi, tərəflərin mövqelərinə sadiq qaldıqları məlum olub. Bu arada, The Wall Street Journal nəşri Stellantis konserninin rəhbəri Karlos Tavaresin istənilən nəticəyə hazır olduqlarını söyləyib. “Hazırki mərhələdə heç bir problem görmürəm”, - Tavares bildirib. - “Əgər problem ortaya çıxarsa, əlbəttə ki, biz onu həll edəcəyik”. Buradan belə nəticəyə gəlmək olar ki, Stellantis ümumiyyətlə Jeep markasının 1974-cü ildən bəri istifadə olunan Cherokee adından imtina etməsinə qarşı çıxmayacaqdır.
Cənub-şərq əyalətlərində yaşayan çikaso qəbiləsinin üzvü Kobb-Qritem, Cherokee Nation suveren hökumətini dəstəkləyir və fikirlərini belə ifadə edib: “Birinə hörmət etmək istəyirsinizsə, ona mükafat verin. Onun adını bir məhsulə qoyacaqsansa, demək sadəcə pul qazanmaq istəyirsən”.
Yeri gəlmişkən, 2014-cü ildə Jeep yenidən Cherokee modelini Amerika bazarına çıxaranda, Cherokee Nation hindularının modelin adı ilə bağlı sualları yaranmışdı - ancaq sonradan hindular qəbilənin adının müəllif hüquqları ilə qorunmadığını etiraf ediblər və buna görə də, addan istifadənin qadağan edilməsinin mümkün olmadığını söyləyiblər./autograph
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










