Jeep Wrangler V8 ofrouderi superkarlardan daha "iştahlıdır" - FOTO

Amerikan ətraf mühitin qorunması üzrə EPA agentliyi Jeep Wrangler Rubicon 392 modelinin rəsmi qənaətcillik reytinqinə əlavə edib. Səkkizsilindrli mühərriklə təchiz edilmiş Wrangler ofrouderi Lamborghini Huracan və McLaren 720S superkarlarından daha çox yanacaq işlətdiyi ortaya çıxıb. Wrangler Rubicon 392 modeli qarışıq dövrdə yanacaq istehlakına görə reytinqin autsayderləri arasındadır.
Jeep Wrangler Rubicon 392 modelinin təqdimatından sonra, heç kim 6,2-litrlik V8 mühərrikinə, ramaya və "palçıq" şinlərinə sahib olan brutal görkəmli ofrouderdən qənaətcilik rekordu gözləmirdi.
Rəsmi EPA reytinqi ekoloqların narahatlığını təsdiqləyib: ofrouder 100 kilometrə 14 qallon işlədir ki, bu da ortalama 16,8 litr yanacaq sərfiyyatına bərabərdir. Mercedes-AMG G 63 modeli Jeep ilə müqayisə edilən göstəriciyə malikdir, lakin trassada daha qənaətcildir.
Daha güclü mühərriklərə baxmayaraq, superkarlar daha az yanacaq sərf edirlər: turbomühərrikli McLaren 720S Spider 100 kilometrə 13 litr, V10 atmosfer mühərriki olan Lamborghini Huracan EVO - 100 kilometrə 15,7 litr işlədir. Yalnız 712 at qüvvəli RAM TRX superpikapı (19,6 litr/100 km) və ya Lamborghini Aventador S Roadster (23,5 litr/100 km) kimi "canavarlar" qənaətcillik baxımından Wrangler Rubicon 392 modelindən daha "iştahlıdırlar"./milli.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













