Kiyevdə SOCAR-ın yeni yanacaqdoldurma kompleksinin açılışı olub - FOTO
Yeniliklər
5 Fevral 2021 14:56

“SOCAR Energy Ukrayna”nın Kiyevdə Banderl 36 ünvanında yeni premium-klass yanacaqdoldurma kompleksinin açılışı olub. Bu barədə Avtosfer.az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Bildirilib ki, bu, yanacaqdoldurma (YDM) kompleksi şəbəkəsinin 56-cı, Kiyevdə isə 13-cü məntəqəsidir.
YDM-də yüngül neft məhsullarının avtomobillərə vurulması üçün üç ikitərəfli yanacaq paylayıcı, həmçinin LPG doldurulması üçün dörd tapançalı qaz modulu quraşdırılıb.
Sürücülərə Avropanın Orlen şirkətinin istehsalı olan keyfiyyətli NANO yanacağının bütün növləri А-98, А-95, “Diesel Nano” və “Diesel Nano Extro” təklif olunur. Yaxın gələcəkdə kompleksdə elektromobillərin şarj edilməsini də həyata keçirmək mümkün olacaq.
Yeni YDM qara rəngin, monoxromluğun üstünlük təşkil etdiyi müasir sənaye üslubunda tərtib olunub. SOCAR-ın trend özəllikləri interyer və eksteryerdə özünü göstərib.
Burada təkərlərin doldurulması, biznes guşəsi, avtomat ayaqqabı təmizləyicisi, valyuta dəyişmə məntəqəsi kimi əlavə xidmətlər müştərilərin istifadəsinə verilib. Arzu edənlər əvvəlcədən sifariş etməklə kompleksdəki marketdən növbəsiz, vaxt itirmədən alış-veriş edə bilər, evdə ailə üzvləri ilə birlikdə dadlı və doyumlu nahar etmək üçün “Buta Cafe”nin hazır yeməklərindən ala bilərlər.
Oxunub : 2028
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












