London taksilərində hamının gözlədiyi yenilik

İlin sonunadək London taksilərində internet olacaq. Yeni gətirilən nəqliyyat vasitələrində WIFI sisteminin quraşdırılması gözlənilir.
Tosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə əsasən, "Bakı Taksi Xidməti" MMC-yə məxsus olan taksilərə quraşdırılacaq sistem ilə bağlı artıq hazırlıq işləri gedir və bu ilin sonunadək bu istiqamətdə işlərin yekunlaşacağı gözlənilir.
Şəfa Mehmanqızı onu da əlavə etdi ki, yeni taksilərdə başqa yeniliklər də gözlənilir: "Bakı Taksi Xidməti" MMC-yə məxsus taksilərdə sərnişinlər neçə kilometr yol getdiklərini görə biləcəklər. Üstəlik sərnişin oturduğu salondan sürücünün səsini azalda, çoxalda da biləcək. Ümumiyyətlə, bu taksilər çox rahat və münasibdir. Xüsusən, uzaq yol gedənlər üçün. Çünki hər 10 kilometrə məbləğ aşağı düşür", - deyə NİİM-in mətbuat xidmətinin rəhbəri qeyd edib.
Ş.Mehmanqızının sözlərinə görə, artıq "Bakı Taksi Xidməti" MMC-yə məxsus yeni taksilərin az bir qismi istifadəyə verilib ki, onlar da hələ ki, yalnız mərkəz hissədə fəaliyyət göstərirlər.
Bu ilin aprel ayında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Nəqliyyat Nazirliyinin rəhbərliyinin təklifi ilə “Bakı Taksi Xidməti” MMC-nin yaradılması haqqında məlumat verib.
Onun sözlərinə əsasən, həmin MMC Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində fəaliyyət göstərəcək. Xidmət birbaşa dövlətin nəzarətində olacaq.
Düşünürük ki, yeni tətbiq olunan bu taksilər sərnişinlərin ürəyincə olacaq. Çünki nəzərə alsaq ki, bu gün vətəndaş mənzil başına çatmaq üçün 2-3 avtobus dəyişir, təbii ki, bu,vətəndaş üçün səmərəli deyil. Bundan başqa, avtobuslarda yaranan sıxlıq, narahatlıq sərnişinə imkan verəcək ki, münasib qiymətə daha rahat şəkildə istədiyi yerə getsin.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












