Maşını qanunsuz evakuasiya edən yol polisinə 300 manat cərimə yazılacaq - ŞOK YENİLİK

Mayın 1-dən qüvvəyə minməsi gözlənilən yeni İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydalarını pozmaqla park edilmiş avtomobillərin evakuasiyası ilə məşğul olan şəxslərin daha intizamlı olmasını təmin etməyə yönələn maraqlı yenilik var.
Avtosfer.az-ın xəbərinə görə, məlumdur ki, belə avtomobilin sahibi yanında olarsa və ya avtomobil evakuatora yüklənərkən (evakuasiya avtomobili hərəkətə başlayanadək) gəlib çıxarsa, avtomobil evakuasiya edilməməli, sürücüyə yerində cərimə tətbiq edilməklə o, öz avtomobilini qadağan olunmuş yerdən götürməlidir. Amma bəzən sürücü gəlib çıxsa da, onun avtomobilinin evakuatorla aparılmasına da rast gəlinir. Yeni Məcəllə belə halda, yəni sürücünün gəlib çıxmasına baxmayaraq avtomobil evakuasiya edilərsə, bunu edən şəxsin 200 manatdan 300 manatadək cərimə olunmasını nəzərdə tutur. Bu cərimə evakuasiyanın həmin qaydasını pozan evakuator sürücüsü, onun köməkçisi və ya hətta bu barədə göstəriş verən DYP əməkdaşına tətbiq oluna bilər.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












