Metro istifadəçilərinə müjdə - FOTO + SXEM

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışı istifadəyə hazırdır. Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışının inşa olunduğu sahədə tikinti işləri tam başa çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən milli.az-a bildiriblər ki, yeni giriş-çıxış ən yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa olunub. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, daha biri Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binası ilə Akademiya bağı, sonuncusu isə BDU istiqamətindədir. Hərəsində iki eskalator olmaqla iki giriş-çıxışda müasir eskalatorlar quraşdırılıb. İki mərtəbədən ibarət vestibülün otaqlarla zəngin aşağı qatında fəaliyyəti təmin edəcək müvafiq infrastruktur qurulub.




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












