Metroda qaydaları pozanlar - 15 manatdan 20 manata qədər cərimə

Azərbaycanda metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.
Məcəlləyə edilən dəyişikliyə əsasən, eskalatordan sürahinin üstünə əşya qoymağa görə cərimə hazırki İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 15 manatdan 20 manata qədər artırılır.
Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə cərimə isə 10 manatdan 15 manata qaldırılır.
Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












