Motosiklet sürücüləri də “avtoş” kimi həbs ediləcək -YENİLİK

Xəbər verdiyimiz kimi qanun layihəsinə edilən dəyişiklik qüvvəyə mindikdən sonra motosiklet sürücüləri də avtoxuliqanlıq hərəktlərinə görə məsuliyyətə cəlb ediləcək. Avtosfer.az xəbər verir ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində motosikletlə avtoxuliqanlıq etməyin anlayışı qeyd olunmadığı üçün həmin sürücüləri məsuliyyətə cəlb etmək mümkün olmur. Ona görə də motosiklet sürücüləri yollarda müxtəlif riskli hərəkətlər edə bilirlər.
Qeyd edək ki, təklif olunan qanun layihəsində moped sürücülərinin avtoxuliqanlığı nəzərdə tutulmayıb. Əslində bu məsələnin qanunvericiliyə salınmaması gələcəkdə moped sürücülərinin özbaşınalıq etməsinə gətirib çıxaracaq.
Gün ərzində yollarda kuryer xidməti ilə məşğul olan moped sürücüləri ilə tez-tez rastlaşırıq. Onların qayda pozuntuları və təhlükəli hərəkətlərindən kifayət qədər insan şikayət edir. Hətta moped sürücülərinin iştirakı ilə baş verən qəzaların sayı da az deyil.Motosikletlərdən fərqli olaraq mopedlərin qeydiyyat nişanı olmadığı üçün həmin sürücüləri kamera vasitəsi ilə məsuliyyətə cəlb etmək mümkün olmur. Bu səbəbdən moped sürücülərində arxayınlıq və intizamsızlıq yaranır.
Ona görə də mopedlə avtoxuliqanlıq edən sürücülərin məsuliyyət məsələsi də qanunvericiliyə salınmalıdır.
Təbriz
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













