“Mozalan” efirə qayıdır - VİDEO

50 illik tarixi olan “Mozalan” satirik kinojurnalı yenidən efirə qayıdır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlayacaq.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunub. İlkin mərhələdə “Mozalan” studiyasında son 5 ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunacaq. Bu buraxılışların aprel və may aylarında yayımlanması nəzərdə tutulub. Paralel olaraq iki ay ərzində yeni çarxların çəkilişləri də aparılacaq. Yeni çarxlar Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə layihəsi əsasında çəkiləcək. İlkin mərhələdə çəkiləcək 8 tənqidi videoçarxın senari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. Gələcəkdə çəkilişlərə başqa senaristlərin də cəlb olunması planlaşdırılır. “Mozalan”nın ənənəsinə uyğun olaraq çarxların rejissorları da dəyişəcək.
“Mozalan”nın ilk buraxılışı bu gün, yəni aprelin 12-si saat 21:30-da yayımlanacaq.
Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılan “Mozalan” satirik kinojurnalının təsis edildiyi tarix 1971-ci ilə təsadüf edir. “Kinojurnalın məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq olub. Sənədli süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əksikləri lentə almaq, bütün ölkəni xəbərdar etmək mozalançıların əsas iş üsullarından olub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












