Müfəttişlərin yeni xüsusi geyim formaları təsdiqlənib - FOTO

Nəqliyyat Nazirliyi “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin xüsusi geyim formasının, fərqləndirmə nişanlarının təsviri və onların daşınması Qaydası”nda dəyişikliklər edib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən bundan sonra Xidmətin rəisi və rəis müavinləri üçün furajkanın (kepkanın) günlüyünün üzərinə qızılı rəngdə naxış olan üzlük tikiləcək. Rəis və rəis müavinləri pencəyin qatlanan yaxalığının sağ və sol tərəfində qızılı toxunma palıd yarpağı təsviri, 2 açıq göy rəngli mahuddan 10 mm eni olan nazik kant olacaq. Eyni zamanda Xidmət rəisi və rəis müavinlərinin geyimindəki ulduzların ölçüsü 22 mm olacaq.
Beləliklə, bu dəyişikliklərdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərin geyimindəki ulduzlar aşağıdakı kimi müəyyən olunur:
- Xidmətin rəisi üçün – 2 ulduz, aypara və kənarlarında palıd yarpağı toxunmuş qalxan;
- Xidmətin rəis müavini üçün – 1 ulduz, aypara və kənarlarında palıd yarpağı toxunmuş qalxan;
- müdir üçün – 3 ulduz və aypara;
- müdir müavini üçün – 2 ulduz və aypara;
- sektor müdiri üçün – 1 ulduz və aypara;
- baş məsləhətçi üçün – 4 ulduz;
- böyük məsləhətçi üçün – 3 ulduz;
- aparıcı məsləhətçi üçün – 2 ulduz;
- məsləhətçi üçün – 1 ulduz.

Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










