Murov dağının altından Kəlbəcərə tunel çəkilir - RƏSMİ
Yeniliklər
19 Yanvar 2021 13:07

Kəlbəcər yolunun inşasına Göygöl rayonunun Toğanalı kəndindən start verilib. Yol Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə kimi uzanacaq. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, yolun uzunluğu təxminən 190 km-ə yaxın olacaq: "Əlavə olaraq layihə işləndikcə avtomobil yolunun uzunluğu dəyişə bilər. Təqribi desək, yolun Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsinin uzunluğu 74 km olması nəzərdə tutulur. 28 km Kəlbəcər-İstisu istiqamətinə, 87 km Kəlbəcər- Laçın istiqamətinə düşür. Layihənin ilk 4,5 km hissəsi Toğanalı kəndinin içərisindən keçir”.
Qurum sözçüsü əlavə edir ki, layihənin 7, 10 və 13-cü kilometrliyində mövcud çay körpüləri yerləşir. Onlar yararsız vəziyyətdə olduğu üçün yeni körpülərin layihəsinin hazırlanması və tikintisinə dair işlərin də paralel olaraq həyata keçirilməsi nəzərdə tutulur.
A.Nəcəfli Murov dağı silsiləsinin altından tunellərin inşasının nəzərdə tutulduğunu da vurğulayıb: "Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır. Həmin yüksəklik 1900, 3250, hətta bəzi yerlərdə 3500 metrə qədər artır. Buna görə də Murov dağı silsiləsinin altından ümumi uzunluqları təxminən 10-12 km-lik tunellərin inşası nəzərdə tutulur. Tunellərdə isə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. Hazırda layihədə axtarış, geologiya və ilkin qiymətləndirilmə işləri aparılır. Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsinə qədər olan 14 km-lik hissədə isə artıq müəyyən işlərə başlanılıb.
Layihənin keçdiyi ərazidə sərt dağlıq və qayalıq relyefin olması nəzərə alınaraq, yolun hərəkət hissəsinin iki zolaqdan başlayaraq, yoxuşlarda əlavə zolaq verilməklə layihələndirilməsi nəzərdə tutulur. Yəni, yol iki-üç zolaqlı olacaq”. /Bizim.Media
Oxunub : 6152
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 14:00
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
6 Oktyabr 2026 10:11
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
3 Oktyabr 2026 22:36
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
1 Oktyabr 2026 16:41
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
1 Oktyabr 2026 16:30
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
29 Sentyabr 2026 12:03
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
28 Sentyabr 2026 10:30
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
25 Sentyabr 2026 15:00
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
21 Sentyabr 2026 18:00
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
12 Sentyabr 2026 13:23
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
11 Sentyabr 2026 11:44
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
11 Sentyabr 2026 11:26
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
ŞƏRH YAZ













