Nardaranda küçələr yenidən qurulur – FOTO + VİDEO

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial – mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə imzaladığı sərəncama əsasən, əqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən mərkəzi küçələrdə təmir-tikinti işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, ilkin olaraq qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işləri aparılır.
Yenidənqurulan küçənin uzunluğu 2220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Layihəyə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4500 paqon-metr səki daşı düzüləcək.
40 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Anoloji işlər qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Küçənin uzunluğu 780 metr, ortalama eni 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3,0 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1,0 metr enində səkilər tikiləcək, 1500 paqon-metr səki daşı düzüləcək. 11 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Yenidənqurma işləri Nəqliyyat nazirliyi rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












