NASA Aya uçuş üçün raket mühərriklərini sınaqdan keçirəcək
ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri fevral ayının sonunda “Space Launch System” (SLS) raket daşıyıcılarının mühərriklərinin yeni yanma sınaqlarını keçirmək niyyətindədirlər.
Bu barədə NASA-nın saytında yerləşdirilən bəyanatda deyilir.
Missisipi ştatındakı NASA sınaq kompleksində xüsusi dəstəyə quraşdırılmış dörd mühərrikin sınağı fevralın dördüncü həftəsində keçiriləcək.
Qeyd edək ki, mühərriklərin əvvəlki sınaqları yanvarın 16-da baş tutmuşdu. O zaman mühərriklər təxminən bir dəqiqə eyni vaxtda çalışmışdı, halbuki bu prosesin təxminən səkkiz dəqiqə davam edəcəyi gözlənilirdi. SLS layihə meneceri Con Haniket mühərrikləri söndürən avtomatik sistemin işə düşdüyünü bildirmişdi.
Sonradan məlum olub ki, bunun səbəblərindən biri müvafiq proqram təminatının olmasıdır. Artıq bu parametrlər dəyişdiriləcək.
Mütəxəssislər əvvəlki sınaq zamanı əldə edilən bütün məlumatları öyrəniblər. Agentlik rəsmiləri mühərriklərə ciddi ziyan dəymədiyini aşkar ediblər. NASA qarşıdakı sınaqların səkkiz dəqiqə davam edəcəyinə ümid edir. (Ted.az)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












