Naxçıvanski küçəsi təmir olunur – FOTO-VİDEO

Bakı şəhərində nəqliyyat vasitələrinin, həmçinin piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hətəkətini təmin etmək məqsədi ilə «Azəryolservis» ASC tərəfindən kompleks tədbirlər uğurla davam etdirilir. Bu işlər çərçivəsində Nizami rayonu Naxçıvanski küçəsi də təmir edilir. “Azəryolservis”dən Avtosfer.az-a verilən məlumata görə, artıq sözügedən küçənin bir istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 8500 kvadrat metr sahənin asfaltlanması işləri aparılıb.
Ortalama eni 9 metr olan küçəyə 1560 paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Anoloji işlərin Naxçıvanski küçəsinin əks istiqaməti üzrə, daha dəqiqi Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissəsində də aparılmasına start verilir. Bu hissənin də uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir.
Təmir-tikinti işləri çərçivəsində küçənin 8800 kvadrat metr sahəsinə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənəcək. Küçə boyu 1640 paqon-metr səki daşı yenilənəcək. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yağış barmaqlıqları yenilənəcək.
Daha sonra nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparıldıqdan sonra küçə tam yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üşün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Aparılan işlərlə əlaqədar olaraq yaranmış müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Emin
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI














