Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsi təmir edilib - FOTO

Vətəndaşların rahat gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri üzrə aparılan kompleks tədbirlər çərçivəsində, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, qısa müddət ərzində icra olunan təmir işləri küçənin 410 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsində yaranan çalalar və torşəkilli çatların gələcəkdə yol yatağına vura biləcək daha ciddi zərərin qarşısını almaq məqsədi ilə asfalt-beton örtüyünün aşınma qatı tam olaraq yenilənib.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun hərəkət hissəsində müəyyən genişləndirmə işləri icra olunub. Daha sonra isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 6 min kv.m-ə yaxın sahəni əhatə edib.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.
Sonuncu mərhələdə Nəcəfqulu Rəfiyev küçəsinin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd olunan ərazidə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












