Nəqliyyat Nazirliyinin “qoçu”larını polislər əvəzlədi - FOTO

Xəbər verdiyimiz kimi, 15 oktyabr tarixində ölkə başçısının imzaladığı fərmanla əlaqədar olaraq Nəqliyyat Nazirliyinin inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri əlindən alınaraq Baş Dövlət Yol Polisi İdarəsinə verilib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, artıq Bakı küçələrində Nəqliyyat Nazirliyinin məşhur “qoçu”larına rast gəlinmir. Belə ki, şəhərdə nazirliyin müfəttişlərinin dayandığı yerlərdə indi yol polisinin əməkdaşları xidmət aparırlar.
Sürücülər də 15 oktyabr axşamından etibarən, nazirliyin əməkdaşlarının yollardan təmizləndiyini təsdiqləyiblər.
Xatırladaq ki, ölkə başçısının fərmanına əsasən Nəqliyyat Nazirliyinin aşağıdakı səlahiyyətləri əllərindən alınıb:
- Taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi (150-2.1.2-ci maddə);
- sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi (150-2.1.7-ci maddə);
- avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması (150-3-cü maddə);
- xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması (150-4-cü maddə);
- avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar (163-cü maddə);
- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması (163-1-ci maddə);
- avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətalar (163-1-ci maddə).
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














