Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırıldı - VİDEO

Nəqliyyat Nazirliyinin, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin bəzi səlahiyyətləri yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə verilib. Avtosfer.az xəbər verir ki, bu quruma paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyətilə bağlı pərakəndəliyi aradan qaldırmaq tapşırılıb. Əsasnaməyə görə, agentlik həm taksi, həm də avtobus sürücülərinə xüsusi hazırlıq kursları keçməlidir. Nəqliyyat işinin səmərəli təşkili üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də agentliyin tabeliyinə verilib. Duracaq yerlərinin təşkili üçün parkomatlar da Bakı Şəhər İcra Hakimiyyətidən alınaraq Bakı Nəqliyyat Agentliyinə həvalə oluna bilər. “Nəqliyyat Nazirliyinin avtonəqliyya idarəsinin Bakı regional idarəsi məşğul olurdu. Bu idarədə iki funksiya var idi. Həm yük, həm də sərnişindaşımaların təşkili. Yükdaşıma qaldı, amma sərnişindaşıma tam olaraq verildi agentliyə”, – deyə nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.
Ekspertin fikrincə, sərnişindaşımada əsas iki çatışmazlıq hökm sürür. Bunlardan biri təhlükəsizlik, nizam-intizamla bağlıdır. Başqa sözlə avtobuslar sərnişini mənzil başına sağ-salamat çatdırmaq üçün təhlükəsizlik tələblərinə cavab vermir. Burada sürücü faktoru da var.
İkincisi marşrut xəttləri səmərəli deyil. Bəzi xətlərin ləğvi, digərlərinin birləşdirilməsi və ya dəyişdirilməsi sərnişindaşımadakı problemləri hələ də həll etməyib.
Yeni yaradılan qurumun qarşısında Bakı şəhərində ictimai nəqliyyatın təşkili ilə bağlı konkret vəzifələr qoyulub.
Bakı, Sumqayıt istisna olmaqla digər şəhərlərdə sərnişindaşımanı Nəqliyyat Nazirliyi icra edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












